Məzmuna keçin

1C yoxsa Odoo:

Biznesiniz üçün hansı ERP sistemi daha uyğundur?


Biznesiniz üçün hansı ERP sistemi daha uyğundur?


Biznes böyüdükcə satış, anbar, satınalma, mühasibatlıq, istehsal, əməkdaşlar və müştərilər haqqında məlumatları ayrı-ayrı proqramlarda idarə etmək çətinləşir. Məlumatların bir sistemdən digərinə əl ilə köçürülməsi vaxt itkisinə, hesabat uyğunsuzluqlarına və idarəetmə səhvlərinə səbəb olur.

Bu problemləri həll etmək üçün şirkətlər adətən ERP — müəssisə resurslarının planlaşdırılması sisteminə keçirlər. Azərbaycan və MDB bazarında seçim zamanı ən çox müqayisə edilən həllərdən ikisi Odoo və 1C sistemləridir.

Bəs Odoo ilə 1C arasında əsas fərq nədir? Hansı sistem müasir biznes üçün daha əlverişlidir və niyə getdikcə daha çox şirkət Odoo ERP-yə üstünlük verir?


Odoo nədir?

Odoo satış, CRM, anbar, satınalma, istehsal, POS, elektron ticarət, layihələrin idarə olunması, insan resursları və digər biznes proseslərini vahid sistemdə birləşdirən modulyar ERP platformasıdır.

Odoo rəsmi olaraq iki versiyada təqdim olunur:

  • Odoo Community — açıq mənbəli versiya;
  • Odoo Enterprise — əlavə funksiyalar və peşəkar xidmətlər təqdim edən lisenziyalı versiya.

Community versiyası Odoo Enterprise sisteminin əsasını təşkil edir və biznes ehtiyacları dəyişdikdə versiyalar arasında keçid mümkündür.

Odoo-nun əsas üstünlüyü müxtəlif biznes modullarının vahid məlumat bazasında işləməsidir. Satış sifarişi yaradıldıqda anbar qalığı, satınalma ehtiyacı, müştəri borcu, çatdırılma və hesabatlar avtomatik olaraq bir-biri ilə əlaqələndirilə bilər.

1C nədir?

1C müxtəlif biznes avtomatlaşdırma proqramlarının hazırlanması və işlədilməsi üçün yaradılmış platformadır. Onun əsasında mühasibatlıq, ticarət, sənəd dövriyyəsi, ERP və digər sahələr üçün həllər hazırlanır.

1C xüsusilə mühasibatlıq və MDB ölkələrində formalaşmış ənənəvi biznes prosesləri ilə əlaqələndirilir. Lakin şirkət yalnız mühasibatlıq deyil, satış, CRM, anbar, istehsal, mobil iş və elektron ticarət kimi prosesləri də vahid sistemdə idarə etmək istədikdə daha geniş ERP arxitekturasına ehtiyac yarana bilər.


Odoo və 1C arasında əsas fərqlər nələrdir?


✅ — standart funksionallıqda mövcuddur

❌ — standart funksionallıqda mövcud deyil

⚙️ — mümkündür, lakin fərdiləşdirmə və ya inteqrasiya tələb edir


Anbar İdarəetməsi

Funksiya

Odoo Enterprise

1C

Çoxsaylı anbarların idarə edilməsi

Rəflərin avtomatik doldurulması

Çoxvalyutalı əməliyyatlar

Məhsul variantları

Zəmanət müddətləri

⚙️

Dövri inventar sayımı


Logistika və məhsul yığımı

Funksiya

Odoo Enterprise

1C

LIFO

FIFO

FEFO — son istifadə tarixinə görə

⚙️

Fərdiləşdirilə bilən logistika marşrutları

Məhsul yerləşdirmə strategiyaları

Ölçü, çəki və tutuma görə yerləşdirmə

⚙️

Toplu məhsul yığımı — Batch Picking

Zona üzrə məhsul yığımı

Satınalma və təchizat zənciri


Funksiya

Odoo Enterprise

1C

Təchizatçı kartları

Təchizatçıya görə məhsul kodları

Qiymət təklifi sorğuları — RFQ

Təchizatçı tenderləri

⚙️

Avtomatik təchizatçı seçimi

⚙️


Odoo POS - Updates
Proqram yenilənmələri barəsində ümümi informasıya