İnsan resurslarını vahid sistemdən idarə edin
İşə qəbuldan əməkhaqqı hesablanmasına qədər bütün HR proseslərini avtomatlaşdırın, əməkdaş məlumatlarını mərkəzləşdirin və komandanızın performansını real vaxtda izləyin.
- CV arxivi və namizəd bazası
- İşə qəbul prosesinin idarə edilməsi
- Əməkdaş məlumatlarının saxlanılması
- Əməkhaqqı və sosial sığorta hesablaması
- Sənədlər və hesabatlar bir platformada
İşə qəbuldan hesabatlara qədər bütün proseslər
Odoo HR modulları insan resursları əməliyyatlarını vahid və mərkəzləşdirilmiş platformada birləşdirir.
Müraciət formalarını saytınızda yaradın
Vakansiya üçün xüsusi müraciət forması hazırlayın və onu birbaşa veb saytınızda paylaşın. Namizədlər məlumatlarını və CV-lərini onlayn şəkildə təqdim edə bilərlər.
- Fərdi vakansiya formaları
- CV və sənədlərin avtomatik toplanması
- Müraciətlərin birbaşa Odoo-ya ötürülməsi
Bütün müraciətləri bir mərkəzdən idarə edin
Qəbul edilən CV-lərdən başlayaraq namizədlərlə bağlı bütün prosesləri mərkəzləşdirilmiş sistem üzərindən izləyin.
- Namizədlərin mərhələlər üzrə izlənməsi
- CV və əlaqə məlumatlarının arxivləşdirilməsi
- İşə qəbul komandasına tapşırıqların verilməsi
Namizədlərlə əlaqəni avtomatlaşdırın
Namizədlərə avtomatik məlumatlandırmalar göndərin, onlayn və fiziki müsahibələri planlaşdırın və görüş detalları barədə aidiyyəti şəxsləri operativ məlumatlandırın.
- Avtomatik e-poçt və bildirişlər
- Müsahibə tarixlərinin planlaşdırılması
- Komanda üzvlərinə avtomatik xatırlatmalar
HR göstəricilərini real vaxtda izləyin
Sistem məlumatları avtomatik toplayır, analiz edir və qərarvermə üçün aydın, ölçülə bilən hesabatlar təqdim edir.
- İşə qəbul göstəriciləri
- Komanda və əməkdaş performansı
- Dinamik cədvəl və hesabat görünüşləri
Heç bir vacib mərhələni qaçırmayın
İşə qəbul prosesi başlanğıcdan sona qədər sistemdə qeydə alınır. Müraciətlər, müsahibələr və digər tapşırıqlar üçün avtomatik bildirişlər əldə edin.
- Tapşırıq və görüş xatırlatmaları
- Namizəd statusu üzrə bildirişlər
- Komanda üzvləri üçün fəaliyyət qeydləri
Əməkhaqqı hesablamalarını sadələşdirin
Azərbaycan qanunvericiliyinə uyğun əməkhaqqı, sosial sığorta və digər tutulmaların hesablanmasını avtomatlaşdırın.
- Əməkhaqqının avtomatik hesablanması
- Sosial sığorta və vergi tutulmaları
- Əməkhaqqı hesabatları və sənədlər